Azərbaycan dili fənni üzrə monitorinqin nəticələri açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycan dili fənni üzrə keçirilən monitorinqin nəticələri bəlli olub.

BŞTİ-dən Metbuat.az-a bildirilib ki, monitorinqdə şagirdlərin 35 faizi, yəni 169 min 157-si iştirak edib. Şagirdlərin nəticələri bal və məzmun istiqamətində təhlil olunaraq ümumi təhsil müəssisələrinə göndərilib.

Monitorinq zamanı şagirdlərin dinləyib-anlama (5 tapşırıq), oxuyub-anlama (10 tapşırıq) və yazı (1 tapşırıq) bacarıqları ölçülüb və hər üç məzmunun nəticələri müəyyən olunub.

Qeyd edək ki, BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə Azərbaycan dili fənni üzrə yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir.

Azərbaycan dili fənni üzrə növbəti monitorinq fevralın 21-də 4, 6, 7 və 8-ci siniflərdə keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı