​“Barselona”nın əsas hədəfi bu məşqçidir - Tarix təkrarlana bilər

Mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlayan Xavi Hernandezin yerinə əsas namizəd bəlli olub.

Metbuat.az xəbər verir ki, “Barselona” rəhbərliyi klubu yenidən Pep Qvardiolaya həvalə etmək istəyir. “El Chiringuito”nun məlumatına görə, "Barselona"nın prezidenti Xuan Laporta Xavidən sonra komandaya Pep Qvardiolanı gətirmək istəyir. “Mançester Siti” ilə müqaviləsi 2025-ci ildə başa çatacaq Pep Qvardiolanın bu təklifə necə cavab verəcəyi hələlik bəlli deyil. Qeyd edək ki, Pep Qvardiola əvvəlki açıqlamasında “Barselona”dan təklif olacağı təqdirdə qəbul edəcəyini açıqlamışdı.

Bundan əvvəl "Barselona"da 4 il məşqçi işləyən Pep Qvardiola 3 dəfə La Liqa, 2 dəfə Kubok, 3 dəfə İspaniya Superkuboku, iki dəfə Çempionlar Liqasının, iki dəfə UEFA Super Kubokunun, iki dəfə FIFA Klublararası Dünya Çempionatı olmaqla ümumilikdə 13 kubok qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR