​Peres Arda ilə bağlı veto qoydu

"Almeria" matçında baş verən hadisədən sonra Arda Gülerin başqa komandaya icarəyə verilə biləcəyi barədə iddialar ortaya atılmışdı.

Metbuat.az xəbər verir ki, Arda Gülerin icarə məsələsinə “Real Madrid” prezidenti Florentino Peres müdaxilə edib. “Planeta Real Madrid” yazıb ki, Ardanın icarəyə göndərilməsinə Florentino Peresin özü veto qoyub. O, futbolçunun icarəyə getməsini və ya transfer olmasını istəmir. Bildirilir ki, Peres Ardanın ən böyük dəstəkçilərindən biridir. Xəbərdə qeyd edilir ki, Ançelotti də futbolçunun qalması ilə bağlı fikirlərini bildirib. Ançelotti Ardaya lazımi qədər oyun şansı verməsə də, ona səbrli olmağı deyib.

Bildirilir ki, Arda Güler hazırda rotasiyada Ançelottinin axırıncı oyunçu seçimidir. “Real Madrid”in məşqçiləri Ardadan hər zaman özünü hazır saxlamasını və həmin gözləməsini istəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı