Banklar “cashback” faizlərini niyə azaldıb? – AÇIQLAMA

Son günlərdə bankların debet kartlara “Cashback” verilməsi strategiyasında dəyişiklik etdiyi ilə bağlı şikayətlər çoxalıb.

İqtisadçı Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki,“Cashback” (Kəşbək) layihələri bankların daxili proqramıdır. Ekspertin fikirlərinə görə, müştəri cəlb etmək üçün tətbiq edilən bu layihə banklar üçün ziyanlı sayılır:


“Banklar hesab edirlər ki, bu kimi layihələr ilə müştəri cəlb edib çarpaz satış həyata keçirə bilərlər. Kəşbəkin mənbəyindən biri kart ödənişlərində şirkətlərdən tutulan komissiyadır.Bank o pulu alıb kəşbək kimi vətəndaşla qaytarır. Bu, hər bir bankın daxili işidir. Rəqabət artdıqca kəşbəklər artır. Amma sonradan bu onların məqsədlərinə xidmət etmədikdə, rentabelli olmadıqda o zaman faizləri endirmək qərarı alırlar”.

İqtisadçı hesab edir ki, bu məsələdə bankları günahlandırıb ittiham etmək düzgün qərar deyil. Çünki kəşbək layihələri həyata keçiriləndə ziyanlı ola biləcəyi öncədən proqnozlaşdırılmışdı.

Xalid Kərimli onu da qeyd edib ki, zəif maliyyə imkanları olan banklar debet kartlara kəşbək faizi verilməsi layihəsini bağlaya bilər.

“Bankların müştərini cəlbetmə strategiyası olan bu layihələrə görə qanuni məcburiyyət yoxdur. BanklarZaman-zaman maliyyə ili bitəndə vəziyyəti qiymətləndirib yenidən bu istiqamətdə planları müəyyənləşdirə bilərlər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı