"Uşaqlarda revmatizmin fəsadları ağır ola bilər" - Terapevt / VİDEO

“Azyaşlılarda normal kimi görünən boğaz ağrısı belə oynaqlarda ağrıya, ürəyin qişalarında problem yarada bilər”.

Metbuat.az-ın məlumatına görə, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib. Həkim vurğulayıb ki, uşaqlarda revmotoloji xəstəliklər bir qədər fərqli gedişata malik ola bilir:

“Uşaqlarda ən çox müşahidə edilən revmatik xəstəliklər, kəskin revmatik qızdırmadır. Bu da daha çox kəskin infeksion xəstəliklər sonrası yayılır. Bu zaman streptakok dediyimiz bakteriyaların yaratdığı toksinlərə qarşı bədənin antitelləri reaksiya verir. Hətta revmatik artrit belə uşaq yaşlarında özünü göstərə bilər. Valideynlər uşaqların bədənində hər hansı bir ağrı müşahidə edib simptom aşkar edərsə, mütləq uşaq həkiminə müraciət etməlidirlər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı