"Simpsonlar"ın yeni proqnozu heyrətə gətirdi - "O qayıdır"

"Covid-19" epidemiyası və Donald Trampın ABŞ prezidenti seçiləcəyi ilə bağlı düzgün proqnozları ilə diqqət çəkən "Simpsonlar" serialı yenidən gündəm olub.

Metbuat.az xəbər verir ki, serial 2024-cü il ABŞ-da keçiriləcək seçkilərlə bağlı yeni iddia irəli sürüb.

Simpsonlar komandası Donald Trampın yenidən prezident seçiləcəyini səhnələşdirib. Seriala görə, Trampdan sonrakı dövrdə ABŞ prezidentliyi postuna qadın siyasətçi seçiləcək.

Qeyd edək ki, bundan əvvəl "Simpsonlar" serialında əvvəlcədən səhnələşdirilən bir sıra səhnələr real olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı