Sumqayıtlı "vunderkind" şagird: 80 ölkə arasında birinci oldu - FOTO

Sumqayıt şəhər M. Müşfiq adına 34 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Fərid Babayevi artıq bir "vunderkind" hesab etmək olar.

Metbuat.az bildirir ki, o, hələ 3-cü sinif şagirdi olsa da, ölkə daxilində keçirilən müxtəlif olimpiadalarda 50-yə yaxın qələbəsi var.

Bundan başqa, Fərid Babayev Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsindən 45 milyon şagird arasında hər il keçirilən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin də qalibi olub. O, həm ilkin mərhələdə, həm də final mərhələsində 100%-lik nəticə ilə qızıl medal qazanıb.

O, eyni zamanda ABŞ Riyaziyyat Olimpiadasında da qızıl medal qazanıb və bu uğuruna görə Sinqapurda keçiriləcək olimpiadaya dəvət alıb. Bu yarış yayda keçiriləcək və maddi imkan olsa, Fərid ölkəmizi bu yarışda da təmsil edəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı