"İnter"in baş məşqçisi Simone İnzaqi İtaliya A seriyasında yanvar ayının ən yaxşı məşqçisi seçilib.
Metbuat.az xəbər verir ki, bu barədə turnirin saytı məlumat yayıb. Ötən ay “İnter” keçirdiyi hər 3 oyunda qalib gəlib. Milan klubu "Verona"nı 2:1, "Monza"nı 5:1, "Fiorentina"nı 1:0 hesabı ilə məğlub edib.
"İnter" ölkə çempioatında 22 turdan sonra 54 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, İnzaqi oktyabr ayında da ən yaxşı məşqçisi mükafatını qazanıb.