İki gün əvvəl itkin düşən məmurun qardaşının meyiti tapıldı

Lənkəranda kənd ərazi icra nümayəndəsinin qardaşının meyiti tapılıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Arzu Asəf oğlu Mirzəyevin meyiti Lənkəran rayonunun Osaküçə kəndi ərazisində tapılıb. Tapılan meyit aidiyyəti üzrə təhvil verilib.

    Məlum olub ki, A.Mirzəyev iki gün əvvəl itkin düşüb. Onun itkin düşməsi barədə rayon polis şöbəsinə də məlumat verilib. İki gün axtarışdan sonra meyit, yaxınları tərəfindən kənd ərazisindən keçən çaydan, körpünün altından tapılıb.

    Qeyd edək ki, meyiti tapılan Arzu Mirzəyev Osaküçə kənd ərazi icra nümayəndəsinin qardaşıdır.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı