Tanınmış marketoloq "Cahan Holding"dən ayrıldı

"Cahan Holding"ə məxsus "Enna" şirkətinin marketinq rəhbəri Müşviq İskəndərov işindən ayrılıb.

Metbuat.az xəbər verir ki, bu barədə marketinq meneceri özü məlumat verib.

O, ayrıldığı şirkətdə qısa zamanda nailiyyətlər əldə etdiyini, içki bazarının 10%-dən çoxuna sahib olduqlarını vurğulayıb. Komanda üzvlərinə uğurlar arzulayan M. İskəndərov yeni iş təkliflərinə açıq olduğunu bildirib.

Qeyd edək ki, Müşviq İskəndərov ölkənin uğurlu marketoloqlarından biri kimi tanınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR