Peresdən Mbappe müjdəsi - Transfer barədə danışdı

“Real Madrid” prezidenti Florentino Peres Kiliyan Mbappenin transferi barədə suala cavab verib.

Metbuat.az xəbər verir ki, Peres İspaniyanın "El Chiringuito" futbol proqramının bu ilin "Real" üçün "Mbappe ili" olub-olmayacağı ilə bağlı sualına "Nə qədər orijinaldır" deyərək cavab verib. Peres Mbappenin “Real”a transferini təkzib etməyib.

Qeyd edək ki, Kiliyan Mbappenin mövsümün sonunda “Real Madrid”ə transfer olmaq barədə qərar verdiyi irəli sürülür. Bildirilir ki, “Real” Mbappeyə xalis 25 milyon avrodan çox məvacib vermək istəmir. Klub rəhbərliyi maaş balansını pozmamaq üçün belə qərar verib. “Daily Mail”in məlumatına görə, Mbappe “Real”dan daha çox məvacib tələb edir. İspaniya klubu onun tələbini kompensasiya etmək üçün Mbappeyə 100 milyon avro imza pulu ödəyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR