Azərbaycanlı həkim ABŞ-də vəfat etdi - FOTO

ABŞ-nin Hyuston ştatında yaşayan azərbaycanlı həkim Ramil Mereev xəstəxanada vəfat edib.

Metbuat.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib. 37 yaşlı həmyerlimiz "Memorial Hermann-Texas Medical Center" xəstəxanasında həyatını itirib.

Onun cənazəsinin Azərbaycana göndərilməsi istiqamətində iş aparılır.

Mərhumun 8 və 10 yaşlarında iki övladı olduğu qeyd edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı