"Saçını hələ də saxlamışam" - Zəlzələdə ölən tələbənin atası DANIŞDI

"Gedib gördüm ki, bina təmiz çöküb. Fevralın 5-i ad günüm idi, 6-na keçən gecə zəlzələ oldu. Onu Allah elə yaratmışdı ki, qüsusu yox idi. 6-7 yaşından müəllimlərin yanında, oxumaqda olub. Ancaq elm. Elm fədaisi idi".

Metbuat.az bildirir ki, bu sözləri ötən il fevralın 6-da Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olan Gündüz Nəzərzadənin atası Mübariz Nəzərzadə deyib. O qeyd edib ki, Gündüz Bakıda Tibb Universitetinə yüksək balla qəbul olub, bitirmişdi:

"Türkiyəyə magistr oxumaq üçün getdi. Orada da yüksək balla qəbul oldu".

Ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı