Ötən gün əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 86 dollar ucuzlaşıb.
Metbuat.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 2,76% azalaraq 3,035.40 ABŞ dollarına enib. Qızılın əvvəlki qiyməti isə 3 125,6 dollar təşkil etmişdi. Qızılın spot qiyməti isə unsiya üzrə 77,1 dollar və ya 2,47% azalaraq 3,038.24 dollara enib.
COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 8,57% və ya 2,74 dollar azalaraq 29.23 ABŞ dollarına bərabər olub.