Manatın məzənnəsi ilə bağlı qərar bu tarixdə verilə bilər - Proqnoz

"İndiki dövrdə məzənnə ilə bağlı Azərbaycan hökumətinin və Mərkəzi Bankın hansısa bir qərar verəcəyini düşünmürəm".

Metbuat.az News24.az-a istinadən xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli belə deyib. İqtisadçı vurğulayıb ki, ölkəmizdə məzənnə inzibati qaydada tənzimlənir:

"Ona görə də, hansısa bir formada inzibati qərarın olması indiki zamanda mümkün deyil. Çünki bu il ard-arda seçkilər keçiriləcək. Həmçinin, iqtisadiyyatda elə bir vəziyyət yaranmayıb ki, devalivasiyaya getmək üçün bir səbəb olsun. Amma bu, o demək deyil ki, məzənnə daim sabit qalacaq. Bu il olmasa da, gələn il və ya gələn ilin sonu hökumət buna bənzər bir qərar verə bilər. Yəni, hökumət devalivasiyaya gedə bilər və ya manatın məzənnəsi ilə bağlı qərar verə bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı