Federasiya prezidentinin istefası qəbul olunmadı

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'O istefa verib.

Metbuat.az xəbər verir ki, 42 yaşlı funksioner millinin Afrika Kubokundakı çıxışı ilə bağlı keçirilən iclasda bunu açıqlasa da, federasiyanın İcraiyyə Komitəsi istefanı qəbul etməyib. Kamerun yığması Afrika Kubokunun 1/8 final mərhələsində Nigeriyaya 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Samuel Eto'O 2021-ci ildən Kamerun Futbol Federasiyasına rəhbərlik edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı