Azərbaycanın Rusiyadakı səfirliyində səsvermə başladı

Azərbaycanın Rusiyadakı səfirliyindəki seçki məntəqəsində növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesi başlayıb.

Metbuat.az xəbər verir ki, Moskvada seçki məntəqəsi saat 08:00-da fəaliyyətə başlayıb və Moskva vaxtı ilə saat 19:00-a qədər açıq olacaq. Səsvermədə 18 yaşına çatmış Azərbaycan vətəndaşları iştirak edə bilər.

Qeyd edək ki, ölkədən kənarda yaşayan və ya müvəqqəti olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarını təmin etmək üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Onlardan dördü Rusiyada yerləşir: ikisi Moskvada, biri Sankt-Peterburqda, biri isə Yekaterinburqda.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı