"Seçkinin nəticələri Azərbaycana yeni reallıqlar gətirəcək" - Sahil İsgəndərov

“Ermənistanın istinad nöqtəsi yoxdur. Həm şimal, həm cənub qonşumuz, eyni zaman da Avropa Ermənistandan təzyiq aləti kimi istifadə ediblər. 30 il öncə Qarabağla bağlı vəziyyətin yaranmasına səbəb də o dövlətlər olub”.

Metbuat.az-ın məlumatına görə bu fikirləri Aztv-nin canlı yayımında politoloq Sahil İsgəndərov deyib.

“Artıq post münaqişə dövrüdür. Azərbaycan dövlətinin mandatını alan şəxs Ermənistana yeni reallığı qəbul etdirməlidir. Hələki yazılı qaydada masa üzərində olan yeganə sənəd 3 tərəfli Bəyannamə olub. Düzdür Rusiya öz tərəfindən üzərinə düşən öhdəlikdən istifadə etsə də, Azərbaycan da bunun qarşılığında öhdəsinə düşəni etdi. Hesab edirəm ki, prezident seçkilərinin nəticəsi Azərbaycana yeni reallıq gətirəcək”, - deyə politoloq bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı