Ançelottidən Arda barədə etiraf - "Səhv etdim"

"Santyaqo Bernabeu"da baş tutan “Real Madrid” “Atletiko Madrid” qarşılaşmasından sonra baş məşqçi Karlo Ançelotti Arda Güleri hansı səbəbdən oyuna buraxmadığının səbəbləri barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, “Real Madrid” derbi matçında 1-0 hesabı ilə önə keçsə də, əlavə vaxtda top buraxıb. Oyun 1-1 hesabı ilə başa çatıb. Məşq zamanı Ançelotti oyun taktikası barədə açıqlama verib.

Ançelotti Arda Güleri niyə oyuna buraxmadağını açıqlayarkən, “Daha çox topa sahib olmaq və Joselunu irəli buraxmaq üçün Modric və Ceballos kimi yarımmüdafiəçiləri oyuna almağı planlaşdırdım, lakin bu qərar düşündüyüm kimi alınmadı" deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR