MSK: “Ölkə sakinləri səs vermək üçün növbəyə düzülmüşdülər”

Azərbaycan sakinləri növbədənkənar prezident seçkilərində səs vermək istəyənlərin çoxluğu ilə əlaqədar seçki məntəqələrində növbələrə düzülmüşdülər.

Metbuat.az “NEWS.ru”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov məlumat verib.

“Biz seçici axınının olacağını gözləyirdik. Bir çox məntəqələr açılanda səs vermək istəyənlər çox idi. Şəxsən mən səs verən zaman bir saata yaxın növbədə gözlədim”, - o deyib.

F.Cavadov qeyd edib ki, Azərbaycanda 6,4 milyona yaxın seçici var, onların əksəriyyəti səs verib.

Onun fikrincə, bu, ölkə üçün yaxşı göstəricidir. MSK üzvü vurğulayıb ki, bu il Qarabağda ilk dəfə seçkilər keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı