"İlham Əliyev Xankəndidə səs verməklə yeni bir tarix yazdı" - Deputat

"Prezident İlham Əliyev Xankəndidə səs verməklə yeni bir tarix yazdı. Çünki bu günü xalqımız 33 ildir gözləyirdi. Dövlət başçımızın rəhbərliyi altında xalqımız dünya üçün mümkünsüz görünən məsələni mümkün etdi".

Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Azər Badamov bildirib. O qeyd edib ki, bu gün keçirilən seçkilər ölkəmizin bütün suveren ərazilərini əhatə etdi:

"Cənab İlham Əliyev məhz Xankəndidə səs verməklə, zəfərimizi həzm edə bilməyənlərə bir mesaj göndərmiş oldu. Bəli, biz ərazilərimizi işğalçılardan azad etməklə həmin ərazilərdə də demokratik dövlət quruluşunu bərpa etmiş olduq. Bu, həm də böyük xoşbəxtlikdir. Bu gün bütöv Azərbaycan öz dövlət başçısını seçdi. Xalq Azərbaycanın gələcəyinə səs vermiş oldu".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı