Benzinin qiymətində artım olacaq? - AÇIQLAMA

Türkiyədə benzin və dizelin qiyməti yenidən bahalaşıb. Benzinin 1 litrində 0,55 lirə, dizelin hər litrində isə 0,69 lirə artım olub. Yeni qiymətlər bu gündən tətbiq olunmağa başlayıb. Belə ki, hazırda benzinin qiyməti 19,21 lirə, dizel yanacağının satış qiyməti isə 25,21 lirədir. Bəs Azərbaycanda benzin və dizel bahalaşa bilərmi?

Bu barədə Metbuat.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Türkiyədəki qiymət dəyişikliyinin bizə heç bir təsiri olmayacaq:

"Çünki bizdə qiymətlər bazar qiymətləri ilə tənzimlənmir və ya Türkiyədəki kimi hər dəfə qiymətlər qalxmır. Məsələn, benzinin qiyməti 1 manatdır və bir müddətdir ki, qiymət dəyişmir. "Premium" markalı benzinin qiyməti 2 manatdır və dəyişmir. Hal-hazırda benzinin qiymətinin qalxması üçün heç bir iqtisadi əsas yoxdur. Çünki dünyada neftin qiymətinin 1 ilə yaxındır stabilləşməsi müşahidə olunur. Hətta əsaslı gözləntilər var ki, "Premium" markalı benzinin qiyməti enməlidir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı