"Prezidentin Xankəndidə səs verməsi çox ciddi mesaj idi" - AÇIQLAMA

"Dövlət başçısı İlham Əliyevin Xankəndidə səs verməsi strateji əhəmiyyət daşıyır. Azərbaycan ərazisində separatizm Xankəndidə başlamışdı, Xankəndidə də bitdi".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, İlham Əliyev məhz Xankəndidə səs verməklə, beynəlxalq aləmə ciddi bir mesaj göndərmiş oldu. Mesajın mahiyyəti bundan ibarətdir ki, artıq Azərbaycan ərazi bütövlüyünü təmin edib:

"Bəziləri bunu inkar etməyə çalışsa da, Xankəndi Azərbaycan şəhəridir və əbədi belə qalacaq. Hətta hesab edirəm ki, Xankəndi əgər andiçmə mərasimi üçün seçilsə, bunun da strateji əhəmiyyəti ola bilər. Çünki, bəzi səfirlər Xankəndiyə getmək istəmirlər, amma andiçmə mərasiminə qatılmaq məcburiyyətindədilər. Qatılmasalar, bu onların Azərbaycana xoş olmayan reaksiyası kimi qəbul edilə bilər.

Ona görə düşünürəm ki, həm səsvermənin, həm də andiçmənin orada keçirilməsi növbəti ciddi mesajımız olacaq. Biz bu səsvermə ilə problemə son qoyduq, Prezident bir daha göstərdi ki, artıq Qarabağ problemi yoxdur".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı