Abşeronda qəribə əməliyyat: qadının qarnından bu çıxdı - FOTO

52 yaşlı qadının qarın boşluğundan nəhəng törəmə xaric edilib.

Abşeron Rayon Mərkəzi Xəstəxanasından Metbuat.az-a verilən məlumatına görə, kəskin qarın ağrısı səbəbilə xəstəxanaya müraciət edən 1972-ci il təvəllüdlü qadında müayinələr zamanı uşaqlıq mənşəli nəhəng kistik törəmə aşkar edilib və ona əməliyyat təyin olunub.

Tibb müəssisəsinin Cərrahiyyə şöbəsinin müdiri, uzman cərrah İlkin Həşimov və həkim-cərrah Adil Nəsibov tərəfindən pasiyent üzərində əməliyyat uğurla icra olunub. Xəstənin qarın boşluğundan təxmini ölçüsü 45-50 sm, çəkisi 10 kq olan törəmə xaric edilib.

Pasiyentə əməliyyatdan sonra stasionar müalicə müddətində də zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti qənaətbəxş olduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı