Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
Metbuat.az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib. Qarşılaşma Bakı klubunun 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk oyunda rəqibini 7:1 hesabı ilə məğlub edən "Qarabağ" yarımfinalın növbəti iştirakçısı olub. Komanda bu raundda "Neftçi" - "Sumqayıt" cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, ilk yarımfinalçı "Səbail"ə 3:0 hesabı ilə qalib gələn “Zirə” olub. 1/4 final mərhələsinin digər cavab oyunları isə fevralın 9-da keçiriləcək. “Qəbələ” öz meydanında “Araz-Naxçıvan”la, “Neftçi” isə “Sumqayıt”la qarşılaşacaq.