Bu cihazlar mütləq dəyişdirilməlidir - "Azəriqaz"​ rəsmisi

“İstehlakçılar istismar müddəti bitmiş qaz cihazlarını özləri də müəyyən edə bilərlər. Belə qurğuların üzərində adətən yanma izləri olur. Kənarlarında sağ və sol hissələrində yanmalar olur. Əgər belə bir şey aşkar edilirsə, bu artıq istehlakçı üçün sos vəziyyəti sayılır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov deyib. O qeyd edib ki, həmin cihazlar mütləq dəyişdirilməlidir.

"Yanvar və fevral ayında baş verən dəm qazından baş verən hadisələrdə 8 hadisənin analizində biz gördük ki, tüstü baca anlayışı yoxdur. Bəzi həyət evlərində vanna otağında ölçü normativlərə uyğun olsa da, cihazlar qeyri-mütəxəssislər tərəfindən qurulub. Tüstü bacası isə bacaya aidiyyatı olmayan bir yerdən çıxarılıb. Bu artıq tüstü bacası deyil. İstehlakçılar bundan xəbərsiz olurlar. Ümumiyyətlə, həyət evlərində tüstü bacası anlayışı barədə məlumatı olan yoxdur”, - deyə "Azəriqaz" rəsmisi bildirib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR