​Səudiyyə şahzadəsi Avropanın məşhur klubunu alır

Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu İtaliyanın “Roma” klubunu almaq üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, tərəflər arasında danışıqlar aparılır. Məlumata görə, Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu “Roma”ya 900 milyon avro təklif edib. “Roma” rəhbərliyinin təklifə qarşı olmadığı deyilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu “Nyukasl Yunayted” və Səudiyyə Ərəbistanında 4 böyük kluba sahibdir. Fonda bağlı fəaliyyət göstərən şirkətlər də iri klubların sahibidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı