BMT Kosovo və Serbiyanı dialoqu davam etdirməyə çağırdı

BMT Kosovo və Serbiyanı Avropa İttifaqının Belqrad-Priştina dialoqu çərçivəsində normallaşma prosesi üzrə aktiv fəaliyyət göstərməyə və inkişafa nail olmağa çağırıb.

Metbuat.az xəbər verir ki, BMT Baş katibinin xüsusi nümayəndəsi və təşkilatın Kosovodakı missiyasının rəhbəri Karolin Ziade hər iki ölkənin xoş niyyətlə hərəkət etməsinin vacibliyini bildirib. Qeyd edib ki, Kosovo və Serbiyanın vicdanla və dialoq çərçivəsində hərəkət etmələri mühüm əhəmiyyət kəsb edir.

BMT Baş katibinin xüsusi nümayəndəsi Kosovonun serb dinarını qadağan etmək qərarının on minlərlə insana və ümumi iqtisadi vəziyyətə təsir etdiyini, bunun narahatlıq doğurduğunu deyib. O, siyasi təsirdən uzaq qanunun aliliyi prinsipinin həyata keçirilməsinin və dialoq prosesinə təsir edən həssas addımlardan çəkinməyin vacibliyini vurğulayıb.

Xatırladaq ki, fevralın 1-dən etibarən Kosovoda nağd ödəniş zamanı yalnız avrodan istifadəyə icazə verilib. Kosovo hökuməti beynəlxalq təzyiqlər fonunda serb dinarını qadağan etmək barədə qərarının icrasını təxirə salıb və yerli serblər üçün keçid dövrü elan edib. Keçid dövründə serb dinarından istifadə edənlərin cəzalandırılmayacağı və Serbiyadan maliyyə vəsaiti axınına qadağa qoyulmayacağı bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı