Qətər yığması Asiya Kubokunun qalibi oldu

Futbol üzrə Asiya Kubokunun finalında İordaniya və Qətər yığmaları üz-üzə gəliblər.

Metbuat.az xəbər verir ki, gərgin qarşılaşma qətərlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 22-ci dəqiqədə açılıb. Qətər seçməsinin heyətində Əkrəm Afif penaltini dəqiq yerinə yetirib. İordaniya yığması matçın 67-ci dəqiqəsində Yazan Əl-Naimatın qolu ilə hesabı bərabərləşdirib. Lakin 73-cü və 90+5-ci dəqiqələrdə Əkrəm Afif növbəti penaltiləri qola çevirərək komandasına kuboku qazandırıb.

Xatırladaq ki, Qətər yığması 2019-cu ildə də BƏƏ-də keçirilən turnirdə Asiya Kubokunu qazanmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı