Cavanşir Quliyevin vəziyyəti açıqlandı - RƏSMİ

Heydər Əliyev Fondu Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin vəziyyəti ilə bağlı məlumat yayıb.

Fonddan Metbuat.az-a verilən məlumatda bildirilir ki, bəstəkar bu gün əməliyyat olunacaq.

Qeyd edək ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib və xəstəxanaya yerləşdirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Cavanşir Quliyevin müalicəsinə dəstək verilir.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR