Uçan taksinin fəaliyyətə başlayacağı şəhər açıqlandı - Dünyada ilk

Dubayın dünyada uçan taksi xidməti göstərən ilk şəhər olacağı açıqlanıb.

Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı BƏƏ-nin WAM xəbər agentliyinin X sosial media hesabında açıqlama verilib. Agentlik hökumətin 2026-cı ilə qədər hava taksilərinin fəaliyyətə başlaması üçün müqavilə imzalandığını da açıqlayıb. Buna uyğun olaraq, pilot və 4 sərnişin daşımaq qabiliyyətinə malik olan uçan taksinin emissiyası sıfırdır.

Maksimal uçuş məsafəsi 161 kilometr, maksimum sürəti saatda 320 kilometr olan uçan taksinin ümumilikdə 4 stansiyası olacaq. Bunlar Dubay Beynəlxalq Hava Limanı yaxınlığında, Downtownda, Dubay Marinada və Palm Jumeirahda olacaq.

Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqə olan səyahət müddəti uçan taksi ilə 10 dəqiqəyə endiriləcək.

Seyranə Quliyev / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı