​Hindistanın edama məhkum edilən 8 vətəndaşı sərbəst buraxılıb

Hindistan Qətərdə "casusluq" ittihamı ilə edama məhkum edilən 8 vətəndaşının sərbəst buraxıldığını açıqlayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada Qətərdə edam cəzasına məhkum edilən 8 Hindistan vətəndaşının sərbəst buraxıldığı bildirilib.

Sərbəst buraxılan 8 nəfərdən 7-nin Hindistana qayıtdığı qeyd olunub.

2023-cü ilin oktyabrında Hindistan mətbuatında çıxan xəbərlərdə 8 Hindistan donanmasının keçmiş zabitinin 2022-ci ildə Qətərdə sualtı qayıq layihəsi ilə bağlı “İsrail adına casusluq etdikləri” səbəbi ilə həbs edildiyinə dair məlumatlar dərc olunmuşdu.

Həbs edilən zabitlərin məhkəmədə casusluq ittihamı ilə həbs olunaraq ölüm cəzasına məhkum edildiyi qeyd edilib.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR