Azərbaycan ordusu bütün təxribatların qarşısını almağa qadirdir - Üzeyir Cəfərov

"Bundan sonra baş verəcək bütün təxribartlarda ermənilərə yeri göstəriləcək".

Bunu Metbuat.az-a açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin sərhəddə törətdiyi təxribatla bağlı ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib. Ekspert bildirib ki, ermənilərin Azərbaycan ordusuna, sərhəd qoşunlarına qarşı təxribata Azərbaycan tərəfi layiqli cavabını verib. Bu cür "qisas əməliyyatı" bundan sonra da baş verə biləcək legitim təxribatların qarşısını almaq üçün olacaq:

"Təxribat ediblər və cavablarını alıblar. Yəni, bunun geniş miqyasda baş verəcəyini düşünmürəm. Çünki bu, Ermənistan tərəfindən məqsədyönlü şəkildə həyata keçirilib. Və cavabı da alınıb. Azərbaycan ordusu baş verə biləcək bütün təxribatların qarşısını almağa qadirdir.

Mən hesab edirəm ki, bundan sonra Ermənistan edə biləcəyi təxribatlar haqqında düşünməli, sonra qərar verməlidir. Biz bu cür təxribatları cavabsız saxlasaq, davamı gələcək. Ona görə də, bu cür hadisələrin təkrarlanmaması üçün ermənilərə yerini göstərmək lazım idi".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı