Baş nazir Əli Əsədov yeni qərar imzaladı

Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması qaydaları təsdiqlənib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Milli Arxiv İdarəsinə “Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları”nın 4.5-ci bəndində nəzərdə tutulan Vahid Elektron Arxiv Məlumat Sisteminin Əsasnaməsinin layihəsini hazırlamaq və Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Qərarın 1-ci hissəsi 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı