İrəvan niyə sülhü ləngidir? - "Rusiya və Qərb istəyir ki..."

“Ermənistandakı iqtidar və müxalif qüvvələr Rusiyanın regionda rolunun azalmasını istəyirlər. Ermənistanın havadarları və Qərb də bunu istəyir. Atəşkəsin pozulmasına Fransa və Qərb dövlətlərinin nümayəndələri niyə susur? Bu birmənalı şəkildə düşünülmüş addım idi ki, sülh müqaviləsinin imzalanması gecikdirilsin”.

Bunu Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. O bildirib ki, Ermənistan tərəfdən atəşkəsin pozulması, Ermənistan Müdafiə Nazirliyinin özü tərəfindən də dolayı yolla təsdiqini tapir: "Guya verilən əmrə zidd olaraq atəş açan hərbçilərin bu proseslərdə iştirakı sübut olunsa, mütləq onları cəza gözləyir. Bu artıq sübutdur ki, onlar həqiqətən təxribata yol verib, atəşkəsi pozub.

Digər məsələ odur ki, atəşkəs məhz dövlət sərhədində pozulub. Bunun da bir neçə səbəbi var. Rusiya xarici işlər nazirinin Qarabağa erməniləri qaytarmaq və onların təhlükəsizliyinin təminatı ilə bağlı bəyanatının və səfir Mixail Boçarnikovun Qarabağ məsələsinin artıq bitməsi ilə bağlı verdiyi açıqlamanın bu prosesə təsiri var".

Deputat həmçinin qeyd edib ki, istər Qərb, istərsə də Rusiya çalışır ki, məhz burada vasitəçi rolunu öz missiyası kimi qəbul etsinlər və burada iştirak etsinlər: “Həmçinin Azərbaycanın yürütdüyü müstəqil daxili və xarici siyasət bu gün Ermənistanı, onların havadarlarını qane etmir və bu proseslər baş verir. Təbii ki, hər dəfə atəşkəs pozulduqca, Azərbaycan buna adekvat cavab verəcək. Çünki bizim suverenliyimiz və ərazi bütövlüyümüz təhdid altında olacaq”.

Ermənistan yeni müharibəyə başlaya bilər? -

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı