Növbəti müharibə Ermənistana baha başa gələcək - Deputat

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribat törədib. Fevralın 12-də Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

Baş verənlərlə bağlı millət vəkili Azər Badamov Metbuat.az-a açıqlamasında bildirib ki, şərti sərhəddə atəşkəsin pozulması sıradan bir əmrə tabe olmamaq halı deyil. Millət vəkili düşünür ki, şərti sərhəddə baş verən təxribatlar, Avropa İttifaqının binoklçularının planının tərkib hissəsidir:

“Qarabağı qaytardıq, gələcək nəsillər qarşısında başımız uca, üzümüz ağdır” -

“Bildiyiniz kimi, bir neçə gün idi ki, Avropa İttifaqının binoklçuları aktivləşərək Ermənistan tərəfindən ərazilərimizə baxıb selfi çəkirdi. Onlar şərti sərhəddə mövqelərimizi atəşə tutdurmaqla Azərbaycan Ordusunun bölmələrini təxribata çəkmək istəyirlər.

Sonra da həmin kadrları lentə alaraq hesabatlar hazırlayıb, Azərbaycana qarşı öz çirkin niyyətlərini həyata keçirəcəklər. Azərbaycan hələ də Ermənistanın bu təxribatlarına baş qoşmur, cavab qaytarmaqla şərti sərhəddə sakitliyi qoruyub saxlamaq mövqeyində dayanıb”.

Millət vəkili qeyd edib ki, əgər erməni təxribatlarının miqyası genişlənib, ərazilərimizə qarşı təhlükə kimi qiymətləndirilərsə onlar çox ciddi cavabla qarşılaşacaqlar:

“Ermənistan bilməlidir ki, odla oynamaq olmaz. Onlarla üzbəüz dayanan qalib Müzəffər Azərbaycan əsgəridir. Ermənistan bizi yeni müharibəyə məcbur edərsə, bu, onlara çox baha başa gələcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR