Bu ilin yanvar ayında Azərbaycan əhalisinin nominal gəlirləri 5 milyard 618,8 milyon manat təşkil edib.
Metbuat.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə əvvəlki ilə nisbətən 3,9 % artaraq 552 manata çatıb.