200 milyonluq "yırtıcı" büdcə - PSJ sürpriz həmlə etdi

“Real Madrid”lə razılığa gəldiyi deyilən Kilian Mbappenin PSJ-dən gedişi klubun 200 milyon avroya qənaət etməsinə səbəb olacaq.

Metbuat.az xəbər verir ki, bu transfer büdcəsi isə PSJ-yə istənilən hücumçunu almaq şansı yaradacaq. “The Times”in məlumatına görə, PSJ Mbappenin gedişi ilə əldə edəcəyi maddi qənaətlə Çempionlar Liqasını qazana biləcək gənc komanda qurmaq istəyir. Qeyd olunub ki, Fransa təmsilçisinin müşaviri vəzifəsində çalışan Luis Kamposa bu istiqamətdə tapşırıq verilib. Mbappenin gedişindən sonra PSJ-nin ilk transfer hədəfinin hücumçu almaq olduğu bildirilir.

Klubun transfer siyahısında "Mançester Yunayted"dən Markus Raşford və "Napoli"dən Viktor Osimhen kimi futbolçuların olduğu iddia edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR