Yeniyetmələr niyə aqressivlik nümayiş etdirir? - AÇIQLAMA

“Yetkinlik yaşına çatmayanlarda cinsi yetişkənliyin təsiri altında, uşağın fiziki və psixoloji durumunda dəyişikliklər baş verir. Bu zaman yeniyetmənin neqativ davranış forması müşahidə edilə bilər”.

Metbuat.az-ın məlumatına görə, bu fikirləri psixoloq Zülfiyyə Sadıqova “Yeniyetmələr niyə aqressivlik nümayiş etdirir?” sualına cavab olaraq deyib. Psixoloq vurğulayıb ki, ilkin səbəb hormonal davranışla bağlıdır.

“Bəzən bu neqativ davranış özünə, bəzən də cəmiyyətə qarşı yönəlir. Əgər ailədə zorakılıq varsa, uşaq artıq bunu görüb mühitə qarşı nümayiş etdirəcək. Uşaq diqqətdən kənar qalarsa aqressivlik göstərə bilər. Ailə əgər imkanlıdırsa, ya da aztəminatlıdırsa, bu da yeniyetmənin davranışlarına təsir edir”.

Psixoloq qeyd edib ki, uşaq özündə çatışmayan tərəfləri başqasında görəndə, ona qarşı təzyiq edib diqqəti özünə cəlb etmək üçün aqressiya nümayiş etdirə bilər.

“ İmkanlı bir ailənin övladı üstünlüyündən faydalanıb başqasını əzməklə də cəmiyyətə, ətrafına özünü sübut edə bilər. Bu vəziyyət müşahidə edilərsə,valideyn və məktəb vəhdət halında uşaqla işləyib problemi həll etməyi bacarmalıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı