Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? - AÇIQLAMA

"Azərbaycanda yaxın zamanlar üçün güclü və dağıdıcı zəlzələ gözlənilmir".

Metbuat.az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, təkcə ötən gün sutka ərzində respublikanın müxtəlif bölgələri üzrə 53 yeraltı təkan qeydə alınıb.

Baş direktor söyləyib ki, fevralın 18-də təkcə Xəzərdə 11, bu gecə isə 1-2 xırda yeraltı təkanlar qeydə alınıb.

Q.Yetirmişli vurğulayıb ki, hazırda enerji boşalması gedir və yeraltı təkanlar enerji boşalması tam bitənədək davam edəcək: "Narahatlığa ehtiyac yoxdur. Əslində, fevralın 18-də Xəzərdə 3 yox, daha çox təkanlar qeydə alınıb. Sadəcə biz maqnitudası 3-dən yuxarı olanları ictimaiyyətə açıqlamışıq. Yüngül təkanlar hiss edilə bilər. Lakin qorxulu heç bir şey yoxdur. Ümumiyyətlə, ölkədə yaxın zamanlar üçün güclü, dağıdıcı zəlzələ gözlənilmir".

Qeyd edək ki, fevralın 18-də Xəzər dənizində bir neçə saat fasilə ilə 3 dəfə zəlzələ baş verib. Belə ki, ilk zəlzələ təkanı Xəzər dənizində yerli vaxtla saat 12.30-da 3,4 maqnitudalı, ikinci təkan yerli vaxtla saat 16:46-da 3.1 maqnitudalı, sonuncu və üçüncü təkan isə yerli vaxtla saat 18:49-da 3.5 maqnitudalı zəlzələ formasında qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı