Aİ Ukraynaya humanitar yardım üçün 75 milyon avro ayırdı

Avropa İttifaqı (Aİ) müharibədən zərər çəkmiş insanlara dəstək üçün 83 milyon avro məbləğində humanitar yardım göstərəcək və vəsaitin böyük hissəsi Ukraynaya ayrılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının səhifəsində məlumat verilib.

“Rusiyanın Ukraynanın energetika və mülki infrastrukturuna, xəstəxanalara, məktəblərə və elektrik şəbəkələrinə məqsədyönlü hücumları insanların əsas xidmətlərə çıxışını ciddi şəkildə əngəlləyir. Hər yeni hücumla daha çox ukraynalı evsiz qalır və şaxtalı hava şəraitində köməyə və sığınacağa ehtiyac duyur”, - məlumatda deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı