Azyaşlı qızına işgəncə verən atanın görüntülərini çəkən ANA DANIŞDI - VİDEO

“Uşaqlarla söyüşlə danışırdı. Etiraz edəndə məni də təhqir edirdi”.

Metbuat.az xəbər verir ki, bunu qadın ərinin qızına fiziki şiddət göstərməsi məsələsi ilə bağlı Baku TV-yə açıqlamasında deyib.

Azyaşlının anasının sözlərinə görə, atası 15 yaşlı qızını təhsildən yayındırmağa çalışıb:“Beyninə ancaq evlilik haqqında fikirlər yeridirdi. Deyirdi ki, səni aparıb nənənin yanına qoyacağıq, o sənə tərbiyə verəcək. Sonra da sənə toy edəcəyəm, cehiz verəcəyəm”.

Özünün və övladlarının dəfələrlə şiddətə məruz qaldığını deyən ana yaşadıqları zorakılığa görə 2019-cu ildə həyat yoldaşını polisə şikayət etdiyini də bildirib.

“Ağsaqqallara qulaq asıb bir dəfə bağışladım. Uşaqlara görə barışdım. Amma indi qəti qərarımdır, boşanmaq istəyirəm”, - o söyləyib.

Qeyd edək ki, Bakı şəhəri, Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov arvadı və qızlarına şiddət göstərib. Şiddət görən ana digər övladlarını qorumaq üçün onun hərəkətlərini əks etdirən görüntüləri lentə alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı