Azərbaycan banklarında bu fəaliyyət dayandırıldı

Rusiyanın “Contact” pul köçürmə sistemi fəaliyyətini dayandırıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, pulköçürmə sistemi Azərbaycan bankları vasitəsilə də xidməti dayandırıb.

“Contact” qeyd edib ki, bu, bu gün “QIWI Bank”ın lisenziyasının ləğv edilməsi ilə bağlıdır:

“Hörmətli müştərilər. Rusiya Bankından “QIWI Bank”ın lisenziyasının ləğv edildiyi barədə məlumat aldıq. Biz başa düşürük ki, hazırda çoxlu sualınız var. Vəziyyəti araşdırırıq və necə davam edəcəyimiz barədə məlumat əldə etdikdən sonra sizinlə əlaqə saxlayacağıq”.

Qeyd edək ki, Contact pulköçürmə sistemi “QIWI Bank”ın məhsullarından biridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı