Kamilin saxlanılmasını mürəkkəbləşdirməyə ehtiyac yoxdur - Deputat

Fevralın 21-də fitnes məşqçisi Kamil Zeynallının Moskvanın “Domodedovo” hava limanında saxlanılması hadisəsini ciddi siyasi məsələlərə dayandığı barədə fikirlər səsləndirildi.

Bu barədə Metbuat.az-a açıqlama verən millət vəkili Fazil Mustafa hesab edir ki, bu kimi məsələlərdə əsas yekun nəticədir:

“Kamil Zeynallının həbsi hər hansı bir şəkildə, formal sənədləşmə məsələsində Ermənistan tərəfindən ortaya atılan iddia kimi görünə bilər. Bu hadisənin mürəkkəbləşdirilməyə ehtiyacı yoxdur. Əsas odur ki, Kamil Zeynallı buraxılıb, Azərbaycana qayıdıb. Bu bizi qane etməlidir”.

Belə hadisələrin hər ölkədə baş verdiyini qeyd edən millət vəkili vurğulayıb ki, məsələdə xüsusi bir siyasi çalar axtarmağa gərək yoxdur:

“Biz münasibətlərə ziyan vura biləcək səviyyədə məsələləri müzakirəyə çıxartmamalıyıq. Əgər düzələn istiqamətdə addımlar atılıbsa, bunu qəbul etməliyik”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı