"Fransa üçüncü Qarabağ müharibəsinə şərait yaratmaq istəyir" - Millət vəkili

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə ikigünlük Fransaya işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində Fransa rəhbəri birgə mətbuat konfransında Azərbaycana qarşı və Ermənistanı birtərəfli qaydada müdafiə edən iddialar səsləndirib. Emanuel Makron iddia edib ki, guya Qarabağ erməniləri bölgəni məcburi tərk edib. Hansı ki, onlar Ermənistana könüllü şəkildə gediblər.

Bu barədə millət vəkili Elman Nəsirov Metbuat.az-a bildirib ki, Fransanın niyyəti regionda sülh, sabitlik deyil. Müsahibimiz deyib ki, Fransa Ermənistanda revanşizmi gücləndirərək üçüncü Qarabağ müharibəsinin baş verməsinə rəvac vermək istəyir:

“Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emanuel Makron arasındakı danışıqlar prosesində əsas diqqət mərkəzində saxlanılan məsələlərdən biri də iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri olub. Bəllidir ki, Fransa birmənalı şəkildə Ermənistanı müdafiə edir və keçən ilin oktyabr ayının 23-də imzalanmış müqaviləyə əsasən, Fransanın 25 ədəd “Bastion” zirehli maşınları Ermənistana göndərilməsi nəzərdə tutulub. Bu səfər istiqamətində hərbi texniki əməkdaşlıq genişləndirilməsi ilə bağlı addımların atılması və müdafiə xarakterli digər silahların Ermənistana verilməsi mümkündür. Göründüyü kimi, Fransa açıq şəkildə Ermənistanı silahlandırır və faktiki olaraq bununla bağlı münbit şəraiti təmin etməyə çalışır”.

Millət vəkili qeyd edib ki, Paşinyan bir tərəfdən Fransa, Hindistandan hərbi dəstək alır, digər tərəfdən də Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu fonu yaradır:

“Nikol Paşinyan faktiki olaraq özünü inkar edən siyasət həyata keçirir və nəticədə sülh müqaviləsinin imzalanması ciddi problemə çevrilib.Paşinyanın bu dəfəki səfəri və onun nəticələrindən sonra sülh müqaviləsinin tezliklə imzalanacağına olan ümidlər bir qədər də zəifləmiş olur. Çünki hər dəfə o, Parisdən geri döndükdən sonra, özünün xislətinə uyğun olaraq çoxbaşlı oyunlar həyata keçirməyə başlayır. Bu halda da regiona uzunmüddətli və davamlı sülh gələ bilməz”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı