Min ildir ki, buradayıq, əsrlər boyu burada olacağıq - Ərdoğan

"Min ildir ki, buradayıq, bu torpaqlardayıq. İnşallah, əsrlər boyu yenə burada olacağıq".

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumunun rəsmi açılışında belə deyib. O bildirib ki, Türkiyə həmişə asanı deyil, çətini seçib. Ərdoğanın sözlərinə görə, sülh əldə etmək müharibə etməkdən daha çox səy tələb edir. Ərdoğan, "Qonşularımızla yaxşı münasibətlər quraraq və münaqişə tərəfləri arasında dialoq körpüləri quraraq ölkəmiz ətrafında sülh və təhlükəsizlik münasibətləri yaratmağa çalışırıq" - deyə bildirib.

Qeyd edək ki, Antalya Diplomatiya Forumunda bir sıra ölkələrin liderləri iştirak edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı