"Tarix kitabları üçün - "Qarabağ" - Tarixi uğurumuz Avropanın manşetində

UEFA Avropa Liqası tarixində 1/8 finala yüksələn "Qarabağ" klubu dünya mətbuatında diqqətləri üzərinə cəlb edib.

Metbuat.az Offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi evdə "Braqa"ya 2:3 hesabı ilə uduzsa da, ümumi oyun nəticəsinə (6:5) görə mərhələ adladı və növbəti raundda "Bayer 04" komandasına rəqib olub. Bu mərhələyə vəsiqə qazanan ilk Azərbaycan, habelə Cənubi Qafqaz klubu olan Qurban Qurbanovun komandasının bu uğuru dünyanın adlı-sanlı nəşrlərində gündəm olub.

Dünyanın öndəgedən idman saytları və səhifələri "Qarabağ"ın müvəffəqiyyətini bu cür təqdim edib:

"Eurosport": "Qarabağ" 10 nəfərlə mərhələ adladı"; "Qarabağ" "Braqa"nı şok etdi".

"CBS Sports": "Qarabağ" tarix yazdı! Azlıqda qaldı, 122-ci dəqiqədə qol vurdu"; "Qarabağ" UEFA Avropa Liqasında 1/8 finala yüksələn ilk komanda oldu".

"433": "Braqa"nın "Qarabağ" qarşısında dili tutuldu".

"UEFA Avropa Liqası": "Tarix kitabları üçün - "Qarabağ".

"The Coaches` Voice": "Qurban Qurbanovın liderliyi altında "Qarabağ" tarixində ilk dəfə AL-də 1/8 finala yüksəldi. 2008-ci ildən klubu çalışdıran və 14 titul qazanan azərbaycanlı baş məşqçi üçün daha bir təsirli nailiyyət".

"Football Wonderkids": "Nəriman Axundzadə (19 yaş) "Qarabağ"ı Avropa Liqasında 1/8 finala apardı. Axundzadənin 122-ci dəqiqədə vurduğu qol "Braqa"nın qəlbini qırdı".

"NTV Spor": "Qarabağ"dan yuxu kimi son!"

"Fanatik": "Qarabağ" tarix yazdı"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı