Azərbaycan futbolunda biabırçı hakim səhvi - VİDEO

Azərbaycan Premyer Liqasının 24-cü turunda keçirilən “Kəpəz” – “Qəbələ” matçında gərgin anlar yaşanıb.

Metbuat.az xəbər verir ki, matçın 48-ci dəqiqəsində top Gəncə klubunun futbolçusunun əlinə dəysə də, oyunun baş hakimi Rəvan Həmzəzadə penalti təyin etmək əvəzinə, küncdən zərbəyə işarə edib.Onun bu qərarı etirazla qarşılanıb. Maraqlıdır ki, referi VAR-a getməkdən də imtina edib və qərarında israrlı olduğunu bildirib.

Mübahisəyə səbəb olan epizodun videosunu təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı