"Neftçi" "Turan Tovuz"un, "Sabah" "Səbail"in qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha iki oyunu keçiriləcək.

Metbuat.az xəbər verir ki, günün ilk matçı Tovuzda olacaq.

"Turan Tovuz" doğma azarkeşlər önündə "Neftçi" ilə üz-üzə gələcək. "Ağ-qaralar" 35 xalla üçüncü, bölgə klubu 30 xalla səkkizində pillədə qərarlaşıb.

Günün ikinci görüşündə paytaxt təmsilçiləri qarşılaşacaqlar. Çempionatdakı ardıcıl beş oyunda uduzmayan "Sabah" "Səbail"in qonağı olacaq. "Dənizçilər" 31 xalla beşinci, meydan sahibləri 31 xalla yeddinci sırada yer alıb.

24 fevral (şənbə)

15:00. “Turan Tovuz” – “Neftçi”

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Azər Əsgərov

Tovuz şəhər stadionu

17:30. “Səbail” – “Sabah”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Cabarov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“ASCO Arena”

Qeyd edək ki, XXIV turun "Araz-Naxçıvan" - "Zirə" və "Qarabağ" - "Sumqayıt" matçları fevralın 25-də olacaq. Ötən gün "Kəpəz" "Qəbələ"ni məğlub edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı