"Bayer 04" - "Qarabağ" oyununun biletlərinin satışa çıxarılacağı vaxt bəlli oldu

"Bayer Liverkusen" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün biletlərin satışa çıxarılacağı vaxt bəlli olub.

Metbuat.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Məlumatda qeyd edilib ki, biletlər fevralın 27-də, yerli vaxtla saat 12:00-da onlayn qaydada və "Bay Arena"dakı fan-şopda satışa çıxarılacaq.

İlk olaraq klub üzvləri və abunəçilər bu fürsətdən yararlana biləcəklər. Qiymətlər 8-50 avro aralığındadır.

Qeyd edək ki, martın 14-də reallaşacaq "Bayer 04" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İlk görüş isə martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR